“Yekun sənəd növbəti illər üçün əsas yol xəritəsi rolunu oynayacaq”—Deputat
Dünya liderləri COP29 tədbiri çərçivəsində Azərbaycana təşrif buyurdular. Eyni zamandan ölkələrində nüfuz sahibi olan mütəxəssislər, siyasətçilər din xadimləri, bir sözlə, iqlim problemlərinə tövhə verə biləcək hər kəs Azərbaycana toplaşdı. Çox sayda panel müzakirələrin, toplantıların şahidi olduq. Mediaya çoxlu müsahibələr verildi. Ən əsası iqlim dəyişikliyi ilə bağlı məsələlər üçün ölkələr öz öhdəliklərini artırmağı müzakirə etdilər.